22 İyul 2017 17:59
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib.

Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.

Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilərək həbs ediliblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov