24 İyul 2017 11:42
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda quldurluq hadisəsi törədən şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəvan Ağayevə xəsarət yetirərək pulunu və mobil telefonun alan qrupun daha bir üzvü müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Araz Yusifov tutulub. Onun əvvəllər də məhkum olunduğu məlum olub.

Qeyd edək ki, Bakı şəhər sakini Rəvan Ağayev Yasamal rayonunda bir neçə nəfərin hücumuna məruz qalıb. Hücum edənlər ona dəmir parçası ilə xəsarət yetiriblər. Sonra 50 manatını və mobil telefonunu götürərək qaçıblar.

Hadisədən dərhal sonra keçirilən əməliyyat nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Qulu Səfərzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov