24 İyul 2017 17:00
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində silah-sursatın aşkar olunması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rüfət Mayılov saxlanılıb.

Ona məxsus evə baxış zamanı pnevmatik idman tapançası, 300 ədəd patron, 1 ədəd patron darağı və 2 ədəd xüsusi qaz balonu aşkar edilib.

Rüfət Mayılovun əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov