21 İyul 2014 17:20

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Vəkil Fuad Ağayevin verdiyi məlumata görə, apellyasiya şikayəti məhkəməyə təqdim edilib.

Qeyd edək ki, iyulun 15-də Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb.

Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib.

Bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

/APA/


Müəllif: