25 İyul 2017 14:14
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirləndirilən Rövşən Quliyev və Akif Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəmədində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Nağıyevin 8 il və R.Quliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses avqustun 2-də davam edəcək.

İttihama görə, hər iki şəxs vətəndaşın 2 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

A.Nağıyev və R.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli niqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov