26 İyul 2017 14:18
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Mirmahmud Kazımovski küçəsində olan kafedə 1972-ci il təvəllüdlü Hakim Hüseynov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, Hakim Hüseynov həmin kafedə tanışları ilə yeyib-içib. Sərxoş olan tanışlar bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Buna görə də onların arasında mübahisə düşüb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov