26 İyul 2017 19:17
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yeniyetmlərdən ibarət dəstənin üzvləri yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub.

Onlar iyulun 18-dən 20-dək olan müddətdə rayon ərazisindəki 2 qarajdan 350 manat, akkumulyator və avtomobil üçün ehtiyat hissələri oğurlamaqda şübhəli biliniblər.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov