26 İyul 2017 19:32
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda kafedən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.


Müəllif: Hacı Zeynalov