27 İyul 2017 09:52
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda dələduzluq faktı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, Ucar rayon polis şöbəsi əməkdaşları tərəfindən dələduzluq etməkdə şübhəli bilinən rayon sakini Qadir Tağıyev tutulub.

Qadir Tağıyev cari il mayın 8-dən iyunun 19-dək olan müddətdə 2 nəfərə məxsus ümumilikdə 37100 manat və qızıl əşyalarını dələduzluq yolu ilə alıb.

Faktla əlaqədar cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov