27 İyul 2017 10:31
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sinovlu kəndində 1993-cü il təvəllüdlü Ruslan Mehrəliyev və 1972-ci il təvəllüdlü Daşqın Mehrəliyev bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Məlumata görə, Ruslan və Daşqın Mehrəliyevlər kənddə keçirilən toy mərasimində iştirak ediblər. Toyda yeyib-içən Mehrəliyevlər sərxoş olublar.

Sərxoş vəziyyətdə toydan çıxan Ruslan və Daşqın küçədə Ramin adlı şəxslə rastlaşıblar. Sərxoş olan Mehrəliyevlər nalayiq ifadələr işlədib. Bu zaman Ramin adlı şəxs onların hər ikisinə bıçaqla xəsarət yetirib.

Ruslan və Daşqın Mehrəliyevlərin əmioğlu olduqları bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov