27 İyul 2017 14:12
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Zabrat qəsəbəsində 1974-cü il təvəllüdlü Elşad Şirinov bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Elşad Şirinovun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, Elşad Şirinov qəsəbə ərazisində mağazadan siqaret alandan sonra iki nəfərin dava etdiyini görüb. O, həmin şəxsləri ayırmaq üçün araya girib. Bu zaman həmin şəxslərdən biri ona bıçaqla xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov