22 İyul 2014 10:53
957

Azərbaycan Respublikası Baş Prokurorluğu da jurnalistləri və KİV nümayəndələrini Milli Mətbuat və jurnalistika günü münasibətilə təbrik edib.


Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə Prokurorluq və Baş prokuror, Birinci dərəcəli ədliyyə müşaviri Zakir Qaralovun adından Teleqraf.com-un elektron ünvanına göndərilən təbrik məktubunda bu sözlər yer alıb:


“Sizi Milli Mətbuat və jurnalistika günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, ailə səadəti, xoşbəxtlik, məsuliyyətli, çətin, eyni zamanda şərəfli peşənizdə Sizə müvəffəqiyyətlər arzulayıram!

Ümidvar olduğumu bildirirəm ki, azad, demokratik cəmiyyət quruculuğu yolunda bundan sonrakı fəaliyyətiniz dövründə də prokurorluq orqanları ilə sıx, səmərəli əməkdaşlıq edəcək, daha çox uğurlara, nailiyyətlərə imza atacaqsınız.


Sözünüz kəsərli, qələminiz iti olsun!”


Müəllif: