3 Avqust 2017 16:02
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, avqustun 2-də gecə saat 3.00-da Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə qarət məqsədilə bir nəfər maskalı şəxs girib.

Pəncərədən evə daxil olan naməlum şəxs orada axtarış aparıb. Bu zaman yuxudan oyanan ev sahibinin qızı səs-küy salıb.

Oğru onu bıçaqla hədələyib, səs-küy salmamasının tələb edib, sonra evdəki mobil telefonu götürərək aradan çıxıb.

Mingəçevir polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.


Müəllif: Hacı Zeynalov