3 Avqust 2017 19:56
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 48 yaşlı Xanoğlan Vəliyev tutulub.

Xanoğlan Vəliyev ötən ilin oktyabrında Ağahüseyn Qasımovun 9193 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov