22 İyul 2014 12:56
549

Bakının Nərimanov rayonunda mənzildən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, A.Gəraybəyli küçəsində yaşayan Eldar Həşimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsməklə oğurluğa cəhd olunub.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Vahid Quliyev tutulub.

Əvvəllər məhkumluq həyatı yaşadığı bildirilən Vahid Quliyevin üzərinə baxış keçirilib. Baxış zamanı ondan 2,050 qram tiryək götürülüb.

Hacı Zeynalov


Müəllif: