4 Avqust 2017 19:46
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hüseyn Cavid prospektində yerləşən “Cavid” parkında 1982-ci il təvəllüdlü Balahüseyn Hüseynov naməlum şəraitdə bıçaqlanıb.

O, aldığı xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com