22 İyul 2014 13:09
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda ticarət mərkəzində olan mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 21-də A.Mustafayev küçəsində yerləşən ticarət mərkəzindəki mağazadan, qapını sındırmaqla Elçin Bayramova məxsus köynəklər, Saleh Məmmədova məxsus ayyaqqabılar oğurlanıb.

Həmin ticarət mərkəzində olan Qafur Ələsgərova məxsus mağazadan oğurluğa cəhd olunub.

Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün və 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Samir Bəyalıyev tutulub.

Hacı Zeynalov


Müəllif: