5 Avqust 18:39
345

Bakıda Türkiyə vətəndaşının pulunu oğurlamaqda şübhəli bilinən qadın tutulub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 18-də Türkiyə vətəndaşı Ümmet Yılmazın cibindən 44 manatını və 600 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Rəqsanə Zeynalova saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirirlir.


Müəllif: Teleqraf.com