22 İyul 2014 13:41
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyənin İstanbul şəhərinə aparıb və orada cinsi istismara məruz qoymaqda təqsirli bilinən Əminə Adil qızı Akın məhkəməsi başa çatıb.

Ittihama görə, Əminə Ak 1978-ci ildə anadan olub. O, Türkiyə vətəndaşına ərə gedib. Əminə Ak ərdə olduğu müddətdə Türkiyənin İstanbulda – “Palitra” ticarət mərkəzi ilə üzbəüz 7 mərtəbəli binada yaşayıb. Onun daim yaşayış yeri isə Sumqayıt şəhəri olub.

Əminə Ak Sumqayıt şəhərindən olan qadınları Türkiyədə cinsi istismara məruz qoymağı təşkil edib. O, bu məqsədlə Sumqayıt şəhər sakini Esmiranı (ad şərtidir-red.) da Türkiyəyə aparıb. Əminə Ak Esmiranı aldadaraq guya Türkiyədə gözəllik salonunda işə düzəldəcəyini bildirib. Lakin Türkiyəyə aparandan sonra Əminə Esmiranın sənədlərini əlindən alıb.

O, Esmiranı İstanbul şəhərində yerləşən “İnci” otelinə aparıb və orada kişi müştərlilərlə görüşdürüb. Bununla da Əminə Esmiranı cinsi istismara məruz qoyub. Esmira bir müddət Əminənin təkidi ilə həmin oteldə kişilərlə görüşüb. Bir neçə aydan sonra bir nəfər azərbycanlının köməyi ilə Esmira Azərbaycana gəlib. O, Əminə barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Əminə Ak həbs edilib.
Əminə Akın barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham elan olunub.

Teleqraf.com-un xəbərinə görə, hakim Rasım Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əminə Akın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, azadlığa buraxılıb.

Hacı Zeynalov


Müəllif: