6 Avqust 10:49
301

İstanbulda 1,5 ton narkotik maddə ələ keçirilib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İstanbul polisi1 ton eroin və 500 kiloqram digər narkotik maddələr ələ keçirib.

Mustafa Çalışkanın rəhbərlik etdiyi əməliyyat zamanı bəlli olub ki, türk narkotik baronları “Breaking Bad” filmindəki prinsipləri təqlid edirmiş.

Polis həbsxanadan azad edilən “Eroin Doktoru” ləğbli kimyaçı Rifat adlı şəxsi Sakaryada güdməyə başlayıb. P

Polis zaman-zaman kəndli və meşəbəyi libasında “Erion Doktorunu” izləyib və son anada Rifat. B daxil olmaqla yeddi nəfəri həbs edib. Onların əlində 1 ton heroin olub.

Bundan başqa, polis Diyarbəkirdən İstanbula narkotik təhchizatı həyata keçiriləcəyi haqda informasiya əldə edib. Bundan dərhal sonra Kocali istiqamətində bir yük avtomobilini dayandırıb. Avtomobildə aparılan axtarış zamanı 500 kiloqram narkotik maddə ələ keçirilib, 8 nəfər həbs olunub.


Müəllif: Cavad