6 Avqust 14:24

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rüfət Əhmədov və Məhəmməd Şabanov tutulub. Onalar bir qadının içərisində 300 manat, mobil telefon, bankomat kartları və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli biliniblər.


Müəllif: Hacı Zeynalov