22 İyul 2014 13:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bərdə rayon sakini Natiq Tağıyevin məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Natiq Tağıyev ötən il, noyabrın 22-də M.Həsənov küçəsində Beyləqan rayon sakini Tural Kərimovu bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Tural Kərimovun həyatını xilas etmək mümkün olub.

Natiq Tağıyev Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: