22 İyul 2014 13:55
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silah alverində təqsirli bilinən Məhəmməd İsmayılov və Xanoğlan Tapdıqlının məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Məhəmməd İsmayılov 4 il, Xanoğlan Tapdıqlı 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.

Hacı Zeynalov


Müəllif: