7 Avqust 13:30

MTN işində agentura şəbəkəsinə ayrılan 3 milyonla bağlı sənədlər araşdırılır.

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən qapalı prosesdə general Çovdarov ifadə verir.

Məhkəmədə sənədlərin tədqiqi məhrələsində Çovdarovun əmlaklarına həbs qoyulması ilə bağlı müzakirələr aparılır.

Akif Çovdarov üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı ifadə verir.

Akif Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32.256.900 manat təşkil edir.

Məhkəmə iclası davam edir.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.


Müəllif: Hacı Zeynalo