22 İyul 2014 14:12
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa şəhərində yaşayış evindən oğurluq olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gülarə Ələsgərovanın evindən qapıya açar seçmək yolu ilə 1000 manat pul oğurlanıb.

Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Əkbərov tutulub.


Hacı Zeynalov


Müəllif: