22 İyul 2014 14:19
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobil oğurluğu ilə məşğul olam mütəşəkkil dəstənin üzvləri tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Çevik Polis Alayı və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İyunun 20-də Vaqif Məmmədova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Təhmasib Vəliyev Məcid Vəlizadə, Sahib Heydərov, Əli Zeynalov və Hüseyn Quliyev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Həsənalı Quliyevə məxsus “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanını, Vüsal Məmmədova məxsus “Mercedes” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: