22 İyul 2014 14:54
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Şamaxı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonunun Sabir qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini Elman Dəmirova məxsus mağazadan pəncərədən girmək yolu ilə 50 manat, ərzaq məhsulları və tütün məmulatı oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Qismət Şəfiyev tutulub.

Hacı Zeynalov


Müəllif: