11 Avqust 22:07

Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Cəfərov tutulub.


Müəllif: Teleqraf.com