22 Avqust 2017 14:51
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda törətdiyi cinayəti gizlətmək üçün polisə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə zəng edib, rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gələn 2 nəfər naməlum şəxs tərəfindən döyüldüyü və 20.000 manat dəyərində qızıl əşyalarının aparıldığı barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin Bayram Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb və qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi, həmçinin törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bayram Mövludov tutulub.


Müəllif: Hacı Zeynalov