23 İyul 2014 13:14
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərinin ərazisində şəhər sakini Ziyafət Mürsəlovun idarə etdiyi "Mitsubishi" və Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəsarət almış E.Quliyev və sərnişinləri - oğlu Elmir, arvadı Gülnar və Sumqayıt şəhər sakini Xəzangül Quliyeva xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Müəllif: