24 Avqust 2017 10:06
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamxal Şamıyevi 1976-cı il təvəllüdlü həyat yoldaşı Xalidə Şamıyeva baltalayaraq öldürüb.

Xalidə Şamıyevaya qətli törətməkdə 2000-ci il təvəllüdlü oğlu Zeynal Şamıyev köməklik edib.

Hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov