24 Avqust 2017 11:46
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:25

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bülbül prospektində yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki travmatoloji məntəqəsində həkim işləyən 1972-ci il təvəllüdlü Faizə Eyyubova bıçaqlanıb.

O, işlədiyi məntəqədə sevgilisi ilə əvvəlcə mübahisə edib, daha sonra bıçaqlanıb. Hadisəni törədən şəxs oradan qaçıb.

Faizə Eyyubova xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Faktla bağlı cinayət işi başlanıb.

***

Daxili İşlər Nazirliyi Səbail rayonu ərazisində sevgilsiini öldürməyə cəhd edən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Məhəmmədhüseyn Abbasov münaqişə zəminində paytaxt sakini Faizə Eyyubovaya amburla xəsarət yetirib. Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Məhəmmədhüseyn Abbasov tutulub.


Müəllif: Hacı Zeynalov