23 İyul 2014 15:13
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilini 6 ayı ərzində narkotiklərlə bağlı 27 cinayətkar dəstə zərərsizləşdirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə narkotiklərlə əlaqədar 1743 cinayət, o cümlədən satışı ilə bağlı 449 fakt fakt müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 373 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.

Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1252 nəfərdən 1150-i (91,9%) əmək qabiliyyətli işləməyən və oxumayan, 353-ü (28,2%) əvvəllər cinayət törətmiş şəxs, 32-i (2,6%) qadınlardar.

Hacı Zeynalov


Müəllif: