Bu ilin 6 ayı ərzində görülmüş tədbirlər nəticəsində daxili işlər orqanları tərəfindən keçmiş illərdən bağlı qalmış 241, o cümlədən 54 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri 2,5% yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 1125 nəfər tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarış verilmiş 49 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.
Ümumilikdə, axtarılanların 52,3 faizinin tutulması təmin edilib.
Hacı Zeynalov