23 İyul 2014 15:39
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində iki bacı soyğunçuluqla üzləşib.

Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, şəhər sakinləri Nigar Fətullazadə və onun bacısı Nərgiz soyğunçuluqla üzləşib. Naməlum şəxs Fətullazadə bacılarında olan planşeti alaraq qaçıblar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bacılara qarşı soyğunçuluq edən Mingəçevir şəhər sakini, ruhi xəstə Rövşən Alqayıtov həbs edilib. Onun bir müddət əvvəl avtomobil qaçırdığına görə axtarışda olması da müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: