23 İyul 2014 16:43
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 45 yaşlı kişini bıçaqlayan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Rəsul Rza küçəsində, Xəqani bağında naməlum şəxs və ya şəxslər 1989-cu il təvllüdlü Şahin Quliyev bıçaqlayıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev tutulub.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər tüfeyli həyat tərzi keçirir və R.Rza küçəsində Xəqanı bağında skamyalarda gecələyirlər. Oraya istirahətə gələn Şahin Quluev də buna görə onlara irad bildirib. Bu zaman mübahisə düşüb. Mübahisə qanlı cinayətlə nəticələnib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: