24 İyul 2014 11:12
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Süleyman Çobanovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fuad Abdıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Süleyman Çobanov 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 152-ci (yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.


Hacı Zeynalov


Müəllif: