24 İyul 2014 12:56

Bakının Nizami rayonunda dəhşətli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb. Sumqayıt şəhər sakini Rafayel Rəcəbov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən 20-25 yaşlı qızı vurub. Həmin qız xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsində araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: