24 İyul 2014 13:05

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Faiq Qasımov bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Abşeron rayon sakini Orxan Gövizov tutulub. O, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: