24 İyul 2014 13:21
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskin Slustk rayon məhkəməsi qanuni oğru Oleq Gerasimovu 2 il müddətinə azadlıqdan məhrum edib.


Məlumata görə, "Mumu" ləqəbli Gerasimov 14 may 2014-cü ildə sərhədi qeyri-leqal keçdiyinə görə Rusiyanın Sverdlovsk vilayətindən Belorusiyaya deportasiya olunmuşdu.

Bundan əvvəl Gerasimov narkotik maddələrin satışı ittihamı ilə həbs olunmuş və yalnız ötən ilin yayında cəzasını cəkdiyi Saratov həbsxanasından azad edilmişdi.

Qanuni oğru adını isə Mumu 2012-ci ildə Dubaydakı oğru “sxodka”sında alıb.

Hazırda Belorusiyada olan 6 qanuni oğrudan yalnız ikisi – Paştet və Lebed azadlıqdadır.

/publika.az/


Müəllif: