11 Sentyabr 2017 13:10
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə ötən iclasda yarımçıq qalan çıxışını davam etdirib.

O, müvəkkilinin ittiham olunduğu epizodlardna bir neçəsi, “Yeni Yasamal” MTK epizodu üzrə zərərçəkən kimi tanınan Cahangir Alışov və Nəsib Əliyev, “Real” MTK epizodu üzrə zərərçəkən İlham Qasımov və digər zərərçəkən Mübariz Məmmədovla bağlı çıxış edib.

Vəkil həmin epozidlar üzrə müəvəkkilinin günahsız olduğunu deyib. Hazırda vəkilin çıxışı davam edir.

Qeyd edək ki, prokuror Akif Çovdarun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanovun və Akif Əliyevin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Müəllif: Hacı Zeynalov