11 Sentyabr 14:28
303

Lənkəranda toyda kütləvi dava musiqi sifarişi üstündə olub.

Teleqraf.com xəbər verir ki, Lənkəranın Vilvan kəndində yerləşən şadlıq saraylarının birində insident baş verib.

Verəvəl kənd sakini Hamil Mirzəyevlə həmkəndlisi Rasif Məmmədov arasında mübahisə yaranıb. Mübahisəyə bir neçə nəfər də qoşulub.

Hamil Mirzəyev əlindəki şüşə butulka ilə Rasif Məmmədovun baş nahiyəsinə zərbə endirib. Kütləvi davada Hamil Mirzəyevə də xəsarət yetirilib.

Həmçinin hadisə nəticəsində Rasif Məmmədovun anası da xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.

Qohumlar arasında mübahisə musiqi sifarişi üstündən baş verib.

Hamil Mirzəyev musiqi sifarişi verərək rəqs etməyə başlayıb. Bu zaman içkili olan Rasif başqa musiqi çaldırıb və Hamilin rəqs etməsinə mane olub. Bu səbəbdən qohumlar arasında insident yaranıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə iki nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.


Müəllif: Hacı Zeynalov