12 Sentyabr 2017 13:18
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maştağa qəsəbəsində 50 yaşlı Yeganə İbrahimova bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, qadın ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında saxlanılan Yeganə İbrahimovanın vəziyyətinin ağır olduğu bildirilir.

Yeganə İbrahimovanı bacısının həyat yoldaşı bıçaqlayıb. Hadisə ailə münasibətlərinin pozulması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov