12 Sentyabr 2017 12:03
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada qısqanclıq zəminində arvadını baltalayaraq öldürən Murad Ələsgərovun ibtidai istintaqı başa çatıb.

Teliqraf.com xəbər verir ki, Qubara rayon Prokurorluğu cinayət işi üzrə ibtidai istintaq araşdırmasını başa çatdırlb.

Cinauət işi üzrə material araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakimi Ənvər Seyidovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 14-ə təyin edilib.

İttihama görə, bu ilin mayında Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib.

Qısqanc ər daha sonra arvadının başını kəsib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib və qadını xilas etmək istəsələr də, bu, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib.

Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.

Qətl hadisəsi qısqanclıq zəminində baş verib.


Müəllif: Hacı Zeynalov