12 Sentyabr 2017 15:34
1 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silsilə oğurluq törədən keçmiş məhkum yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi 1-ci polis bölməsinə şəhər ərazisindəki kondisionerlərin təmiri sexlərinin birindən 2 ədəd kondisioner və ehtiyat hissələri oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Əşrəf Qəniyev tutulub.

İstintaq araşdırması zamanı Əşrəf Qəniyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.

Onun ötən il dekabrın 11-dən cari il avqustun 9-dək olan müddətdə şəhər ərazisində “Topaz” mərc oyunları məntəqəsindən, 2 avtomobildən, 1 evin yardımçı təsərrüfatından və 8 evdən pul, qızıl və məişət əşyaları, velosiped, akkumulyator, maqnitafon və təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.


Müəllif: Hacı Zeynalov