12 Sentyabr 2017 15:10
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirləndirilən Tamaz Bayramov və Cəlil Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Tamaz Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirlənsirilən Cəlil Mikayılov isə 3 min manat məbləğində cərimə olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Bakının Nəsimi rayonu ərazisində Hacıqabul rayon sakini Asif Həsənova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı avtomobilin paytaxtdan çıxarıldığı aydın olub.

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar.

Avtomobil Ağdam rayonu ərazisində tapılıb.

Məlum olub ki, şübhəli şəxslərin hər ikisi əvvəllər həbsxana həyatı yaşayıblar. Dəfələrlə oğurluq etdikləri üçün əvvəllər məhkum olunan Tamaz Bayramov həbsxanada Cəlil Mikayılovla tanış olub. Həbsxanadan dostluq etməyə başlayan Tamaz Bayramov və Cəlil Mikayılov həbsdən azad ediləndən sonra dostluqlarını davam etdiriblər.

Birlikdə paytaxtda gəzən iki dost oğurluq etmək qərarına gəliblər. Onlar Asif Həsənovun avtomobilini oğurlayandan sonra Ağdam rayonuna gediblər. Elə orada da saxlanılıblar.


Müəllif: Hacı Zeynalov