12 Sentyabr 2017 23:44
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Kürdəxanı qəsəbəsində baş vermiş ağır qəzada 3 nəfər dünyasını dəyişib.

Hadisə zamanı ağır xəsarət almış və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlu həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, qəza zamanı ağır xəsarət almış 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı dünən xəstəxanada ölüb.

Ağır qəzada xəsarət almış digər şəxslər - özəl klinikaya köçürülmüş 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nurəddin oğlu və 3 saylı Kliniki Tibbi Mərkəzə köçürülmüş 1991-ci il təvəllüdlü Qocayev Elxan Məmməd oğlu koma vəziyyətindədir.

Qeyd edək ki, qəzaya səbəb "188" evakuator xidmətinə məxsus "90-JZ-887" dövlət qeydiyyat nişanlı "MAN" markalı yük maşını yol hərəkətini pozması olub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.

/Report/


Müəllif: Teleqraf.com