24 İyul 2014 15:34
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulub.

Teleqraf.com Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Elçin Məmmədov tutulub.

İdarənin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası CM-nin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elxan Cəfərov tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1955-ci il təvəllüdlü Vasif Hüseynov, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə AR CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1974-cü il təvəllüdlü Seymur Məhərrəmov tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Ariz Hacıyev də tutulub

/trend/


Müəllif: