13 Sentyabr 2017 10:41
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Çobanabdallı kəndində 1990-cı il təvəllüdlü Xəyal Məmmədov və onun qardaşı, 1989-cu il təvəllüdlü Vüsal Məmmədov bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov