14 Sentyabr 2017 12:17
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları narkotiklərlə bağlı əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Astara rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Cabbar Muxtarov tutulub.

Cabbar Muxtarovun üzərindən 10 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram marixuana aşkar edilib.

Daha bir əməliyyat Bərdə rayonunda baş tutub. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xanərəb kənd sakini Samir Mirzəliyevdən 41,48 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 210 qram marixuana aşkarlanıb.

Oxşar əməliyyatı Siyəzən polisi də keçirib. Əvvəllər məhkum olunmuş Şəmsi Məlikovun evinə baxış zamanı 2 kiloqram 641, 801 qram marixuana aşkar edilib.


Müəllif: Teleqraf.com